Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri MSK-da

img

28-03-2018 [13:12]


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

Nazir qurumun veb-kameralara texniki nəzarət mərkəzi ilə tanış olaraq, yaradılmış şəraitdən məmnunluğunu ifadə edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, bütün dairələri əhatə etməklə, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. O qeyd edib ki, artıq Azərbaycanda prezident seçkilərinin keçirilməsinə saylı günlər qalıb və bütün məntəqələrdən görüntü çox yüksək səviyyədədir: "Biz çalışırıq ki, yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsi sahəsində problem olmasın. İstənilən şəxs veb-kameralarla bütün prosesləri dünyanın hər nöqtəsindən MSK-nın saytı vasitəsilə izləmək imkanı əldə edəcək. İnanıram ki, biz işimizi beynəlxalq standartlara cavab verən şəkildə yerinə yetirəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA