Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Kubaya gedəcək

img

29-09-2010 [04:12]


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında nümayəndə heyətinin cari ilin 8-9 oktyabr tarixlərində Kuba paytaxtı Havanaya səfəri planlaşdırılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən görə, nümayəndə heyətinə yerli informasiya texnologiyaları şirkətlərinin nümayəndələri də daxil olacaq. Kubanın informasiya və rabitə naziri Ramiro Valdes Menendezin dəvəti ilə keçirilən səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi, iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır. Bundan əlavə, həmin günlər Havanada telekommunikasiya və informatika üzrə 1-ci Kuba-Azərbaycan biznes-forumu baş tutacaq və Kubanın İnformatika Elmləri Universitetində Azərbaycan milli kompüter istehsalçılarının hədiyyəsi kimi kompüter auditoriyasının açılışı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA