"Zülm edən məmurlara görə xalq və prezident niyə əziyyət çəkməlidir?!" - Namizədlərin 5-ci debatı + VİDEO

img

28-03-2018 [12:25]


Martın 27-də İctimai Televiziyanın efrində prezidentliyə namizədlərin sayca 5-ci debatı olub.

Mia.az xəbər verir ki, budəfəki debatda namizədlər əsasən milli həmrəylik mövzusunda çıxış ediblər.

Prezidentliyə namizədlərdən Hafiz Hacıyev milli həmrəyliyi istəməyən müəyyən qüvvələrin olduğunu bildirib. O, eyni zamanda, sahibkarlara zülm edən məmurları "yıxıb-sürüyüb". Bildirib ki, həmin məmurlar sahibkarları dövlətdən narazı salırlar: "Buradan Zakir Qaralova müraciət edirəm, belərinə görə Prezident niyə əziyyət çəkməlidir?".

Prezidentliyə namizəd QHT-lərin fəaliyyətini genişləndirməyi məsləhət bilib və o, bu sahəyə problem yaradan Ədliyyə Nazirliyini ittiham edib: "İndi elə vəziyyət yaradıblar ki, beynəlxalq təşkilatlardan qrant almaq mümkünsüzləşib. Halbuki buna şərait yaradılmalıdır...".

Prezidentliyı namizəd İlham Əliyevin vəkili Əli Əhmədov isə daha çox milli həmrəylikdən, multikulturalizmdən danışıb.

Beləliklə, debatın tam videosunu təqdim edirik:








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA