Şeyx ittihamlara cavab verdi: "Prezidentlə ata-bala kimi söhbət edirik..."

img

28-03-2018 [11:48]


"Prezidentlə ata-bala kimi söhbət edirik. Hərdən soruşulur ki, haqqımda bəzi məlumatlar yazılır. Təbii ki, bunların hamısı iftira və yalandır".

Report xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Belə eşitdim ki, deyirlər 150 hektar ərazim var. Bu işdə mənəviyyat qarşısında borcumuz var. Məsələ tək məndən getmir. Əsas məsələ mənəviyyatı ləkəməkdən gedir. Bir daha qeyd edirəm ki, yazılanların hamısı yalan informasiyalardır. Həmin insan həm də prezident haqqında fikirlər səsləndirib. Onlar ancaq təxribat yaradırlar. Bu şeylərə uymamalı və Azərbaycanda möhkəm olmalıyıq", - deyə, A.Paşazadə əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA