32 ədəd ağacın olduğu sahə hasarlandı - Nazirlik hərəkətə keçdi

img

28-03-2018 [10:41]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında yaşıllıq ərazinin hasarlanması ilə bağlı daxil olan məlumat nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Mia.az nazirliyə istinadən bildirir ki, əraziyə keçirilən baxış zamanı sözügən ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində ümumilikdə yaş köküstə 32 ədəd müxtəlif cinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu məlum olub: "Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə (BŞİH) telefonoqram göndərilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA