Türkiyənin müdafiə naziri Zakir Həsənovu ölkəsinə dəvət etdi - Səfər başladı

img

28-03-2018 [10:23]


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə bu gün Ankaraya rəsmi səfərə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA