28-03-2018 [10:17]
Həbsdə olan keçmiş MTN-çilərlə bağlı istintaq və məhkəmə araşdırmaları nazirlikdə baş verənlərlə yanaşı, başqa dövlət orqanlarında da bir sıra qanunsuzluqları üzə çıxarıb. Məsələn, tender fırıldağı…
Daşkəsən Rayon İcra Hakimiyyətinin memarı Elman Məmmədovun tutulub MTN-ə gətirilməsi məsələsi araşdırılarkən bu rayonda yol və körpü tikintisi üçün büdcədən ayrılmış 2 milyonla bağlı gizlədilən məqamların üstü açılıb. Bəlli olub ki, reallıqda icra hakimiyyəti o işi görmək üçün tender keçirməyib. Sadəcə, «Design Construction» adlı bir şirkətin adından istifadə olunub. Ona görə də büdcədən ayrılmış vəsait formal olaraq, həmin şirkətin bank hesabına köçürüləndən sonra nağd şəkildə onlardan geri alınıb. Bu xidmətinə görə şirkətin təmsilçisinə və icra hakimiyyəti ilə onların arasındakı vasitəçi qadına isə müəyyən qədər pul verilib. Bütün bunlar «MTN işi» üzrə dindirmələrdə ortaya çıxıb.
Avtobusla sənəd göndərib 2 milyonluq layihədə «qalib» oldu
Daşkəsən RİH-nin memarı E.Məmmədov deyir ki, Maliyyə Nazirliyi 2 milyonu ayırandan sonra onlar yol və körpü tikintisi ilə bağlı işlərin görülməsi üçün tenderin keçirilməsi haqda elan veriblər.Elandan sonra Yeganə Abbasova onun mobil nömrəsinə zəng edərək, şərtlərlə maraqlanıb, ardınca da «Design Construction» şirkətinin sənədlərini Bakıdan avtobusla Daşkəsənə göndərib. Memarın sözlərinə görə, Y.Abbasova bəri başdan ona deyib ki, tenderdə bu şirkət qalib gələcək. Nəticə də onun dediyi kimi olub – «Design Construction» qalib elan olunub, icra başçısı Əhəd Abıyev bu şirkətlə müqavilə bağlayıb.
Memar etiraf edir ki, körpülərin tikintisi üçün bu şirkətin lisenziyasından və başqa lazımi sənədlərindən istifadə etsələr də, işi özləri görüblər. Pul məsələsinə gəlincə, Maliyyə Nazirliyi 2 milyonu Daşkəsən RİH-nin bank hesabına köçürüb. İcra hakimiyyəti də vəsaitin bir hissəsini şirkətin hesabına köçürəndən sonra memarı Bakıya göndəriblər ki, həmin pulu onlardan nağd şəkildə alıb geri qayıtsın.
E.Məmmədov etiraf edir ki, Y.Abbasova şirkətlə onların arasında vasitəçi olub. Adıçəkilən qadın pulun köçüb-köçmədiyi haqda onları məlumatlandırıb. Köçdüyünü öyrənən kimi E.Məmmədov Bakıya gəlib. Şirkətin nümayəndəsi pulu bankdan çıxarıb, üstündən öz «haqq»ını götürəndən sonra Y.Abbasova vasitəsilə icra hakimiyyətinin təmsilçisinə çatdırıb. Memar da 686 min manat pulu götürüb gedəndə onu MTN əməkdaşları tutub aparıblar…
Əgər tenderdə «Design Construction» qalib gəlibsə və tikinti işlərini də bu şirkət görüb layihəni təhvil verməlidirsə, o zaman pullar niyə geri alınır? İcra hakimiyyətinin memarı E.Məmmədov belə izahat verib: «İşlərin davam etdirilməsi üçün təcili tikinti materialları lazım idi. Mən şirkətin bank hesabından pulları çıxarıb, lazım olan inşaat materiallarını alıb gətirməliydim…».
«Razılaşdıq ki, 0.5 faizə işləyəcəm…»

Daşkəsən RİH ilə «Design Construction» arasında vasitəçi olmuş Y.Abbasova isə adıçəkilən şirkətin bu layihədə iştirakının formal xarakter daşıdığını, özünün də vasitəçiliyə görə 0.5 faizə razılaşıb pulunu aldığını söyləyir.
O, «Design Construction»ın necə qalib elan olunması haqda memardan fərqli danışıb: «Türkiyəyə müalicəyə getməliydim. «Nata tur» adlı turizm şirkəti müalicəyə gedən adamların qarşılanması, seçdiyi xəstəxanaya yerləşdirilməsi kimi xidmətlər də göstərirdi. Onların vasitəsilə gedib-gələndən sonra şirkətin rəhbəri Natiq Fətəliyevlə dostluq münasibətlərimiz yarandı, xahiş etdim ki, iş olsa, mənə desin. Natiq Fətəliyev söhbət əsnasında dedi ki, tikinti sahəsində fəaliyyət göstərən və lisenziyası olan firmaların imkanlarından istifadə edib lisenziyası olmayanların gördüyü işi sənədləşdirməklə pul qazanır. Mənə dedi ki, belə bir əməliyyat olsa, xəbər eləyim, vasitəçiliyə görə 0.5 faiz alacağam. Natiq Fətəliyev mənə «Design Construction»ın nizamnaməsini, sənədlərini verdi, mən də bundan sonra axtarışa başladım. 2014-cü ilin mayında Daşkəsən Rayon İcra Hakimiyyətində memar işləyən Elman Məmmədov mobil telefonuma zəng elədi, Bakıda görüşməyi təklif etdi. Mən onu tanımırdım, telefon nömrəmi tanışlarımdan kimsə vermişdi. Görüşdük, vasitəçiliyə görə 0.5 faiz məsələsini də onunla razılaşdırdıq. Danışdığımız kimi, Elman Məmmədov bir neçə gün sonra layihə ilə bağlı sənədləri avtobusla Bakıya göndərdi, mən də götürüb Natiq Fətəliyevə verdim. Bir-iki gündən sonra o da şirkətin möhürlü sənədlərini hazırladı, götürüb Daşkəsənə göndərdim…».
«Onlara əvvəl də 500 min vermişik»
İcra başçısı Ə.Abıyev isə iddia edir ki, qanuni şəkildə tender keçirilib, komissiya «Design Construction»ı qalib elan edib. Abıyevin dediklərindən belə məlum olub ki, icra hakimiyyəti bundan öncə də bu şirkətə yarım milyon pul verib: «Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəymiş evlərin və obyektlərin bərpası ilə əlaqədar işləri də bu şirkət yerinə yetirmişdi. Buna görə həmin şirkətə 500 min manat pul ödənilib».
Cinayət işinin materiallarından bəlli olur ki, MTN Y.Abbasovanın telefonlarını bir müddət dinləyib. Dinləmə ilə bağlı əməliyyat tapşırığında isə belə bir qeyd olub: «Obyekt əmtəəsiz maliyyə əməliyyatları həyata keçirir…».
Azadliq.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi