"Keçmiş kəşfiyyatçının həyatına Rusiya qəsd edib, günahını etiraf etməlidir" - ABŞ-dan Moskvaya rəsmi çağırış

img

28-03-2018 [09:45]


"Rəsmi Moskvata "Skripal işi" ilə günahını etiraf etməlidir".

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert keçirdiyi brifinqdə jurnalistlərin sualını cavablandırarkən deyib.

Brifinqdə jurnalistlərdən biri ABŞ-ın 60 rus diplomatının qovmasını xatırladaraq, belə bir sual verib: "Londonda Skripalın Rusiya tərəfindən zəhərlənməsinə dair sübut varmı və bu sübutlar ABŞ-a da təqdim edilibmi?".

Departament rəsmisi suala cavabda zəhərlənmə olayının sübutlara dair hissəsindən diplomatik formada yayınsa da, Rusiyanı rəsmən ittiham edib. 

Bildirib ki, bu zəhərlənməni Rusiya törədib və əgər Moskva münasibətlərin qaydaya düşməsini istəyirsə, təqsirini etiraf etməyi bacarmalıdır: "Münasibətlərin düzəlməsi üçün onlar Sergey Skripal və qızının həyatına sui-qəsddə günahkar olduğunu etiraf etməlidir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA