"Biz Putinin planlarından xəbərdarıq" - Rəsmi Vaşinqtondan Rusiya-Türkiyə anlaşmasına ilginc reaksiya

img

28-03-2018 [09:05]


"Türkiyənin Suriyanın Tel-Rıfat bölgəsinə daxil olmaq üçün Rusiya ilə anlaşmasından xəbərimiz yoxdur". 

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.

O, belə bir anlaşama haqqında məlumata sahib olmadıqlarını bildirib. Lakin əlavə edib ki, Suriya suriyalılarındır: "Bəli, Suriya suriyalılarındır və Rusiyaya aid olmamalıdır. Rusiya lideri Vladimir Putinin Suriyada istər hava və quru qoşun bazaları, istər dəniz bazası olsun, biz onun bəzi məsələlərdə özünə məxsus planlarının olduğunu bilirik. Hətta onun bölgədə ərazi qazanmaq və onu əllərində saxlamaq kimi bir çox arzu və maraqlarından da xəbərdarıq. Ancaq biz Suriyaya nəzarətin suriyalılarda olmasını arzulayırıq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA