Azərbaycanda yeni qurum yaradıldı - Nazirlər Kabinetinə tapşırıq verildi

img

27-03-2018 [22:43]


"Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb.

Mia.az-ın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında "Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb. "Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA