Elmar Məmmədyarov da ABŞ-ın Azərbaycandakı səfiri ilə bir araya gəldi - Vida görüşü

img

27-03-2018 [21:05]


Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Mia.az XİN-ə istinadən xəbər verir ki, səfir fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

E.Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir R.Sekutaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA