Moskvaya qarşı daha bir həmlə də NATO-dan gəldi: 7 rus diplomat qovuldu - Xəbərdarlıq

img

27-03-2018 [18:34]


Amerika, Kanada və Avropanın 17 ölkəsindən sonra NATO da Rusiya diplomatlarını qovub.

Mia.az xəbər verir ki, bu barədə  NATO Baş katibi Yens Stoltenberq  açıqlama verib.

O, deyib ki, artıq NATO-ya akkreditə olunmuş 7 rus diplomatının statusu ləğv olunub.

Bununla yanaşı, NATO-dakı Rusiya təmsilçiliyinin sayı da 30-dan 20-yə düşürüləcək: "Biz, eyni zamanda, Rusiyaya qarşı gələcəkdə daha da dərin addımlar ata bilərik. Sözsüz ki, NATO olaraq biz dialoqun davam etdirilməsində də maraqlıyıq. Əgər Rusiya Böyük Britaniya ilə "Skripal işi”nə görə anlaşa bilərsə, o zaman münasibətlər yumşala bilər. Əksi olarsa, daha ciddi tədbirlər alacağıq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA