Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlıda modul məktəblər yaradılır - SİYAHI

img

27-03-2018 [18:15]


Bu gün Prezident İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 172 000 (dörd milyon yüz yetmiş iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Məktəblərin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://azertag.az/xeber/Bilesuvar_Beyleqan_Imisli_Neftchala_ve_Saatli_rayonlarinda_qurasdirilmasi_nezerde_tutulan_modul_tipli_mekteblerin_siyahisi-1147486

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA