"Biz nə zamansa Türkiyənin AB üzvü olacağı vədini verə bilərik" - Avropa Komissiyasının rəhbəri

img

27-03-2018 [18:01]


"Mənə Türkiyə və Avropa Birliyi arasındakı münasibətlərin indiki səviyyəsindən danışmaq ağırdır, amma biz Türkiyənin dialoqun davam etdirilməsiylə bağlı səylərini dəstəkləyirik".

Bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib.

"Hələlik biz nə zamansa Türkiyənin AB üzvü olacağı vədini verə bilərik. Danışıqların dayandırılması haqqında sözləri demaqogiya hesab edirəm. Mən Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqların davam etdirilməsinin zəmanətçisiyəm”, – deyə o, bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA