Pekindən Moskvaya dəstək, Qərbə mesaj: "Olayı yaxından izləyirik"

img

27-03-2018 [16:44]


Çin "Skripal işi” ilə əlaqədar Rusiyaya edilən təzyiqə münasibət bildirib.

Bununla bağlı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq danışıb.

O bildirib ki, soyuq müharibə və cəbhələşməkdən imtina etməliyik: "Skripala qarşı cinayət həqiqi sübutlar üzərində araşdırılmalıdır. Olayı yaxından izləyirik. Bütün tərəflər beynəlxalq qanunlara riayət etməlidir”.

Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.

Dünən isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 139-a çatıb/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA