Prezidentliyə namizəddən Məmmədyarova müraciət: "Olmazdımı ki, bir dəfə Avropa səfirlərini yığıb..."

img

26-03-2018 [23:59]


 İTV-də prezidentliyə namizədlərin növbəti teledebatı olub.

Mia.az xəbər verir ki, debat zamanı millət vəkili, prezidentliyə namizəd Zahid Oruc Xarici işlər naziri Elmar Məmmədyarovun ünvanına sərt fikirlər səsləndirib. 

O bildirib ki, bu gün Avropada Azərbaycanla bağlı qorxulu, təhdidvari çağırışlar edilir, ancaq Azərbaycandan buna lazımı reaksiya verilmir:

"Bu təhdidlər qarşısında susmayın. Hansı səngərdə döyüşdüyünüzü bəlli edin. Heydər Əliyev demişkən, mövqeynizi bildirin, ortaya qoyun. Mən buradan xarici işlər naziri Elmar Məmmədyarova müraciət edirəm. Olmazdımı ki, bir dəfə Avropa ölkələrinin Azərbaycandakı səfirlərini yığıb onlara ölkəmizin daxili işlərinə qarışmamalarını, ölkələrinin Azərbaycanla təhdid dilində danışmalarının, qorxulu çağırışların yolverilməz olduğunu bildirəydiniz".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA