Prezidentdən Bərdə ilə bağlı daha bir sərəncam - İcra Hakimiyyətinə pul ayrıldı

img

26-03-2018 [17:07]


Bu gün Prezident İlham Əliyev Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Bərdə rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Müalicə– Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, "ASAN xidmət” Mərkəzi, 2 Uşaq İncəsənət Məktəbi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası tikilmiş, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan Bərdə türbəsi və "Torpaqqala” tarixi abidəsi bərpa olunmuş, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir edilmiş, 20 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, qırx doqquz min nəfər əhalinin yaşadığı 42 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 63 km olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, yeni istehsal və emal müəssisələri yaradılmış, 21 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Beələliklə, abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə Bərdə şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA