Prezident onlara general rütbəsi verdi - DTX əməkdaşları ilə bağlı sərəncam + Tam siyahı

img

26-03-2018 [16:30]


Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi haqqında sərəncam imzalayıb.

Mi.az-nın xəbərinə görə, sərəncama əsasən, polkovnik Rəşad Firidun oğlu Həmzəyevə və polkovnik İmran Surxay oğlu Tağı-zadəyə general-mayor ali hərbi rütbəsi, ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.

*** 

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Zaur Aydın oğlu – polkovnik
Hacıyev Bəxtiyar Zabil oğlu – ədliyyə polkovniki

"Vətən uğrunda” medalı ilə

Ramazanov Rafiq Sultan oğlu – polkovnik
Hüseynov İlqar Yavər oğlu – polkovnik
Yaqubov Fəqan Vaqif oğlu – polkovnik-leytenant
Camalxanov Zaur Vəli oğlu – polkovnik-leytenant
Məmmədquliyev Əli Şüceyib oğlu – mayor

"İgidliyə görə” medalı ilə

Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant
Cavadov Hüseyn Yaqub oğlu – polkovnik-leytenant
Əzimov Əzim Yaqub oğlu – leytenant

"Hərbi xidmətlərə görə” medalı ilə

Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant
Bəşirov Coşqun Şərif oğlu – polkovnik-leytenant
Əliyev Samir Qadir oğlu – ədliyyə polkovnik-leytenantı
Paşayev Qənimət Əliheydər oğlu – mayor
Hacıyev Ramil Kamil oğlu – mayor
Həşimov Mirələm Ağamir oğlu – mayor
Ələskərov Kazım Faiq oğlu – mayor
Zeynalov Vüsal Nayib oğlu – kapitan
Qəmbərli Kamal Müşviq oğlu – baş leytenant.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA