Havanın temperaturu bir neçə dərəcə azağı düzəcək

img

29-09-2010 [11:44]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah cənub, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20?, gündüz 27-30? olacaq. Oktyabrın 1-də hava yağmursuz olsa da gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Lakin axşama doğru buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 17-20?, günün birinci yarısında 27-31?, axşam 23-25? təşkil edəcək. Oktyabrın 2-də gündüz havanın arabir açılacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 16-19?, gündüz 22-24? təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 30-da gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-21?, gündüz 27-32?, dağlarda gecə 7-12?, gündüz 20-25? təşkil edəcək. Oktyabrın 1-də axşam, 2-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, 01-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-21?, gündüz 28-33?, 02-də 24-27?, dağlarda gecə 7-12?, gündüz 21-26?, 02-də 16-21? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA