Azərbaycanla Cexiya arasındakı sosial təminat sahəsində saziz layihəsi müzakirə edilib

img

29-09-2010 [11:36]


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mütəxəssislərindən və aparıcı şöbə müdirlərindən ibarət nümayəndə heyəti Cexiya Respublikasında səfərdə olub. Fondun İctimaiyyətlə əlaqələr sektorundan MIA-ya verilən məlumata görə, Çexiya Respublikasının pensiya orqanının dəvəti ilə baş tutan səfər zamanı iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni saziş layihəsi və bir sıra digər mühüm məsələlər müzakirə olunub. Səfərin ilk günündə tərəflərin nümayəndə heyətləri arasında görüş keşirilib. Görüşdə hər iki ölkələrin sosial təminat sistemləri barədə məlumat mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər ?Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sosial təminat sahəsində Saziş? layihəsini ətraflı müzakirə ediblər. Saziş layihəsi üzrə müzakirələrin nəticəsi olaraq tərəflər arasında protokol imzalanıb, layihə ilə bağlı danışıqların ikinci mərhələsinin Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib. DSMF-nin nümayəndə heyətinin üzvləri Çexiya Respublikasının Sosial Təminat Administrasiyasının əməkdaşları tərəfindən hazırlanmış və Administrasiyanın fəaliyyət sahələrinə həsr olunmuş təqdimatlarla, buradakı mərkəzləşdirilmiş arxivin işi ilə tanış olublar. Arxivdə ölkədə işləyən hər bir şəxs barədə 1935-ci ildən etibarən məlumatlar toplanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA