Şəmkirdə və Gədəbəydə güclü külək fəsadlar törətdi: elektrik və rabitə xətləri də sıradan çıxdı

img

25-03-2018 [17:01]


 Şəmkir və Gədəbəy rayonlarında külək bəzi fəsadların yaranmasına səbəb olub.

Şəmkir şəhəri ilə yanaşı, bəzi kəndlərdə də küləkli hava şəraiti elektrik və rabitə xətlərini sıradan çıxarıb.

Bəzi fərdi evlərin dam örtükləri dağılıb. Rayonun Şeidlər və Qasımalılar kəndində elektrik enerjisinin verilməsi gecədən dayanıb, bir neçə fərdi evin dam örtüyü tamamilə dağılıb.

Analoji hadisə Gədəbəy rayonunda da qeydə alınıb. Güclü külək səbəbindən təsərrüfata və fərdi evlərə ziyan vurub. Elektrik naqillərinin sıradan çıxması nəticəsində bəzi kəndlərdə enerjinin verilməsi bir müddət dayanıb. Gədəbəy şəhərində bir neçə binanın dam örtüyünə zərər dəyib.

Hər iki rayonda aidiyyəti qurumlar tərəfindən küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür.

Hazırda küləkli hava şəraiti nisbətən azalıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA