Mədət Quliyev veloyürüşdə - Fotolar

img

25-03-2018 [15:15]


Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib.

Mia.az Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir ki, veloyürüş qurumun nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə baş tutub.

Veloyürüşdə DTX-nin rəisi, general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.

Qeyd edək ki, Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı sərəncamla hər il 28 mart Azərbaycanda təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.





ILAN


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA