24-03-2018 [19:28]
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə yeni müharibə qaçılmazdır. Belə qənaətlə Rusiya hərbi dairələrinə bağlı strategiyaların və texnologiyaların analizi Mərkəzi özünün "Fırtınanı gözləyərkən: Cənub Qafqaz” başlıqlı hesabatında çıxış edib. Hesabat kitab şəklində nəşr olunacaq və onun xulasəsinə RBC agentliyi yer verir.
Mərkəzin ekspertləri hesab edirlər ki, münaqişə bir neçə səbəbdən kəskinləşə bilər: Azərbaycanın hərbi-texniki üstünlüyü, neftin qiymətinin yenidən yüksəlməsi, demoqrafik disbalans, habelə Ermənistanın işğal etdiyi və Dağlıq Qarabağ ətrafında yerləşən rayonların ermənilərin lehinə hüquqi möhkəmləndirməsinin mümkün olmaması.
Hesabatda deyilir ki, 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonrakı 10 il ərzində Ermənistanın və onun dəstəklədiyi Qarabağ "respublikasının” qüvvələri ilə Azərbaycan qüvvələri arasında balans yaranmışdı. Bu, Amerikanın Azərbaycana silah təchizatına embarqo qoyması və Rusiyanın Ermənistanı silahlandırması sayəsində baş vermişdi.

Lakin 2000-ci illərin əvvəllərindən etibarən dönüş yarandı. Neftin qiymətlərinin kəskin yüksəlməsindən sonra Azərbaycan hərbi xərclərini durmadan artırdı. Əgər 2001-ci ildə Azərbaycanın hərbi büdcəsi cəmi 300 milyon dollar idisə, 2015-ci ildə hərbi xərclər 3 milyard dolları keçmişdi. "Military Balance” jurnalının bildirdiyinə görə, Azərbaycanda silah daşıyanların sayı ordu və digər birləşmələrlə birlikdə 250 mini keçib.
Ermənistan silahlı qüvvələri isə 2002-ci ildən bu yana 45 minə yaxın olaraq qalır, Dağlıq Qarabağdakı erməni birləşmələrində 20 minə yaxın canlı qüvvə var və onların yarısını Ermənistandan olan çağırışçılardır.

Hesabata əsasən, neft gəlirləri sayəsində Azərbaycan irimiqyaslı silahlanma həyata keçirib və keçirməkdədir. Ordunun ehtiyacları üçün böyük miqdarda müasir tanklar, zirehli döymüş maşınları, zenit-raket kompleksləri, vertolyotlar, tank əleyhinə raketlər, artilleriya sistemləri, gecə görmə cihazları, pilotsuz aparatlar və s. alınıb.
Bakının yeni imkanları 2016-cı ilin aprelində baş vermiş döyüşlər zamanı nümayiş olundu: toqquşmalar göstərdi ki, müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan ordusu gecə döyüş əməliyyatları aparmaqda üstünlüyə malikdir.
Mərkəz qeyd edir ki, Azərbaycanın güclənməsi Rusiyanın reaksiyasına səbəb oldu və 2013-cü ildən başlayaraq bu ölkə Ermənistana silah təchizatını artırdı. 200 milyon dollar güzəştli kredit hesabına Ermənistana "Smerç” reaktiv yaylım atəşi sistemləri, "Solntsepyok” TOS-1A ağır odsaçanları, daşınan zenit-raket kompleksləri və digər silahlar verildi. Habelə 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan gecə görmə cihazları, pilotsuz aparatlar, optik-lazernişangahlar və s. əldə etdi.

Lakin ekspertlər qeyd edirlər ki, Ermənistanla Azərbaycan arasında demoqrafik disbalans mövcuddur. Sovet dövründə Ermənistanın və Azərbaycanın əhalisi təxminən eyni templə artırdı. 1993-cü ildən sonra isə vəziyyət dəyişdi. Azərbaycan əhalisi fəal mühacirətə baxmayaraq, ildə 1-1.5 faiz artır. Ermənistan əhalisi isə sürətlə azalır. 1993-cü ildə Ermənistan əhalisi 3.6 milyon idisə, 2000-ci ildə bu rəqəm 3,37 milyona enmişdi, Azərbaycan əhalisi isə 7.4 milyondan 8 milyona qədər artmışdı. Sonrakı illərdə də bu disbalans artmaqda davam edib.
2016-cı ilə olan rəqəmlərə görə, Azərbaycanda orduya çağırış yaşında 800 min adam var, Ermənistanda isə bu cəmi 225 mindir. Əgər demoqrafik disbalans bu cür davam etsə, Ermənistan əhalisi 2030-cu ildə 3 milyon nəfərə qədər azalacaq, Azərbaycan əhalisi isə artıb 11 milyona çatacaq.
Mərkəzin ekspertləri bildirirlər ki, Bakı o cümlədən sürətli demoqrafik artımdan irəli gələn sosial problemlərlə qarşılaşır. Kəndlərdən gənclərin şəhərə axını və iş tapa bilməməsi ciddi daxili siyasi risklər yaradır. Ona görə də, Ermənistan tərəfdən istənilən zəiflik Bakı üçün Qarabağda yeni hərbi əməliyyatlara başlamaq üçün fürsət ola bilər. Və əgər hücum ildırım sürətli olarsa, Bakı qələbə əldə edə bilər.
"Dağlıq Qarabağın faktiki statusunun beynəlxalq leqallaşdırılması mümkün deyil, erməni tərəfi Azərbaycanla ölçüyəgəlməz iqtisadi və demoqrafik resurslar şəraitində permanent silahlanma yarışına qoşulub”, - ekspertlər bildirirlər.
Mərkəzin direktor müavini Konstantin Makiyenko deyir ki, hərbi əməliyyatların başlanmasının qarşısını alan əsas amil Rusiyadır. Çünki Rusiya diplomatiyası qiymətli paertnyoru ilə müttəfiqi arasında münasibətlərdə balansı saxlamaq kimi mürəkkəb vəzifəni həyata keçirir. Rusiya hazırda Suriya münaqişəsində iştirakçıdır, Donbasda hərbi əməliyyatların yenidən qızışması gözlənilir və belə bir vaxtda Rusiyaya üçüncü gərginlik ocağı lazım deyil. "Lakin bütün postsovet tarixi göstərir ki, Moskva Cənubi Qafqazın problemlərinə məhəl qoymamağı özünə rəva görə bilməz”, - Makiyenko deyir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi