Səbail rayon Veteran Təzkilatları Şurasının hesabat seçki konfransı keçirilib

img

28-09-2010 [05:13]


Səbail rayonunda dövlət əhəmiyyətli bir çox idarə və təşkilat, nazirlik və baş idarə, 5 ali və 18 orta məktəb, şəhərin çoxsaylı mədəniyyət ojaqları jəmləşir və rayonda respublikamızın xalq təsərrüfatının müxtəlif sahələrində uğurla çalışmış çoxsaylı əmək və müharibə veteranları yaşayırlar. Ötən gün öz sıralarında 1020 nəfəri birləşdirən Səbail rayon Veteran Təşkilatları Şurasının XII hesabat-seçki konfransı keçirilib. Bu il əsaslı təmir olunaraq istifadəyə verilmiş Badamdar qəsəbəsi Mədəniyyət evində Səbail rayon Veteran Təşkilatları Şurasının XII hesabat-seçki konfransı keçirilmişdir. İlk önjə konfransın nümayəndələri və qonaqlar Mədəniyyət evinin foyesində ümummilli lider Heydər Əliyev və Azərbayjan Respublikasının Prezidenti jənab İlham Əliyevlə bağlı yaradılmış foto-stendlərlə tanış olmuşlar. Konfransı Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhramanı Ömər Ağayev açıq elan etmiş və konfrans iştirakçıları ilk önjə ulu öndər Heydər Əliyevin, vətən uğrunda janından keçmiş şəhidlərin və ötən toplantıdan keçən müddətdə dünyasını dəyişmiş veteranların xatirəsini bir dəqiqəlik sükütla yad etmişlər. Hesabat məruzəsində Şura tərəfindən son 2 il ərzində görülmüş işlər və keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, təşkilat üçün ən əlamətdar hadisələrdən biri rayon İjra Hakimiyyəti tərəfindən 20-ji yaşayış sahəsində yaradılmış ?Veteran Neftçilər Klubu? olmuşdur. Klubun yerləşdiyi bağ RİH tərəfindən əsaslı təmir olunmuş, bura veteranlar və həmin ərazidə yaşayanların sevimli istirahət yerinə çevrilmişdir. Şuranın qərərgahı RİH tərəfindən əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təjhiz olunmuş, Səbail Bələdiyyəsi isə otaqların tərtibat işlərini görmüşdür. Hesabat dövründə Şuranın üzvləri rayonun təhsil müəssitsələrində, idarə və təşkilatlarında təşkil olunan tədbirlərdə yaxından iştirak etmiş, yeniyetmə və gənjlərin tərbiyəsi işlərində fəal olumuşlar. Bu il faşizm üzərində qələbənin 65 illiyi çox böyük təntənə ilə qeyd olunmuşdur. Bununla əlaqədar Səbail rayonunda II Dünya müharibəsi iştirakçıları və arxa jəbhə veteranlarının iştirakı ilə çoxsaylı yubiley tədbirləri keçirilmiş, May ayının 7-də Bibiheybət qəsəbəsində RİH tərəfindən yeni lahiyə sənədləri əsasında tikilən xatirə kompleksin açılış mərasimi keçirilmiş, veteranlara Qələbənin 65 illiyi xatirə medalı, rayon İjra Hakimiyyətinin hədiyyələri və maddi yardımları təqdim olunmuşdur. Konfransda çıxış edənlər hesabat dövründə iştirakçısı olduqları tədbirlər, görülən işlər, qarşıda duran vəzifələr barədə danışmış, rayonda veteranlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Səbail rayon İjra Hakimiyyətinin Başçısı Asif Əsgərov konfransda çıxış edərək bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev hər zaman veteranlara xüsusi diqqət və qayğı ilə yanaşmış, onları ?? bizim ən əziz və ən mötəbər insanlarım?? adlandırmışdır. O, qeyd etmişdir ki, veteranlarımızın böyük həyat təjrübəsi, onların keçdikləri döyüş yolu və əmək nailiyyətləri, ölkənin xalq təsərrüfatının bir çox sahələrində qazandıqları uğurlar bu günkü gənjlik üçün örnək və vətənpərvərlik məktəbidir. A.Əsgərov jari ildə Səbail rayonunun sosial iqtisadi inkişafı istiqamətində aparılan qurujuluq və abadlıq işləri, abadlaşdırılan və təmir olunan parklar, istirahət güşələri, istifadəyə verilən sosial obyektlər, təmir olunan təhsil müəssisələri haqqında ətraflı məlumt vermiş, veteranların rayonun ijtimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirmiş və bildirmişdir ki, İjra Hakimiyyəti tərəfindən veteranlarımıza hər zaman diqqət və qayğı göstərilir və bundan sonra da göstəriləsəkdir. A.Əsgərov rayonun ijtimai-siyasi həyatında fərqlənən bir qrup veterana rayon İjra Hakimiyyətinin qiymətli hədiyyələrini təqdim etmişdir. Konfransda Səbail rayon Veteran Təşkilatları Şurasının Plenum və Rəyasət heyətinin yeni tərkibi seçilmiş, konfrans nümayəndələri adından Azərbayjan Respublikaının prezidenti jənab İlham Əliyevə mürajiət qəbul olunmuşdur. Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev yenidən Səbail rayon Veteran Təşkilatları Şurasının sədri seçilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA