22-03-2018 [17:55]
"Bakıda ilk oyunumuz olacaq. Hər bir futbolçu matça çox ciddi hazırlaşır, istəklidir. Bəzi oyunçularla fərdi qaydada söhbətlər aparacağıq, fikirlərimizi çatdıracağıq. Düşünürəm ki, buna ehtiyac var”.
Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov martın 23-də Bakı Olimpiya Stadionunda Belarus yığması ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Legionerlərin durumu necədir? Araz Abdullayevi start heyətində görə biləcəyik?
- Ümumilikdə pis deyil. Araz Abdullayevin start heyətində meydana çıxmaq ehtimalı çoxdur.
- VAR sisteminə münasibətiniz necədir?
- Hər zaman bunun tərəfdarı olmuşam. Matçlarda səhvlər olub, bəzi komandaların haqları əlindən alınıb. Ona görə də bu sistemin həm çempionatda, həm də millinin oyunlarında tətbiqini dəstəkləyirəm.
- Ramil Şeydayev, Mahir Mədətov kimi futbolçular 21 yaşadək futbolçulardan ibarət millinin heyətindədirlər. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyini nəzərə alıb güzəştə getmisiniz?
- Bu futbolçuların oynamaq ehtimalı az idi. Bu mövqedə digər oyunçuları sınamaq istəyirəm. Qarşıdakı iki oyunda futbolçuları daha yaxından tanımaq üçün şans verəcəyik.
- Millətlər Liqası və Avropa çempionatınınn seçmə mərhələsinin sizin üçün fərqi var?
- Bunlar fərqli turnirlərdir. Heç bir rəqibi zəif saymıram. Zəif hesab elədiyimiz yığmalar düşündüyümüzdən daha güclüdülər. Hər bir komanda Millətlər Liqasında uğur qazana bilər. Millinin hər oyunda futbolçuların nəticəyə köklənməsinə çalışmalıyıq. Bu olmasa, nəticə də olmayacaq. Hər iki yarışda şansımız var. İstəyirəm ki, futbolçular bu oyunların Azərbaycanımız üçün nə demək olduğunu bilsinlər. Hansı turnir olsa, ora istəksiz çıxacağıqsa, bunun heç bir faydası olmayacaq.
- Millinin oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda və ya "Bakcell Arena”da keçirilsin?
- Əvvələr mən də "Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsinə müsbət yanaşmırdım. Lakin sonradan arena ilə daha yaxından tanış oldum. Həm də gördük ki, çoxlu sayda azarkeşlərin gəlməsində problem olmur. Bakı Olimpiya Stadionu dünya standartlarına cavab verən stadiondur. Belə bir problem görmürəm. Futbolçuların da stadiona öyrəşdiyini hiss edirəm. Ola bilər ki, gələcəkdə matçların Tofiq Bəhramov adına Respublika Stadionunda da olmasını nəzərdən keçirək.
- Ayaz Quliyev Rusiyanın U-21 yığmasına çağırıldı. Ramil Şeydayev kimi onu da Azərbaycan millisinin heyətinə qatmaq olar?
- Bununla bağlı açıqlama vermək düzgün olmaz. Bütün oyunçular nəzərimizdədir. Azərbaycan millisi üçün faydası olacaq futbolçunu komandamızda görməkdən çəkinməyəcəyik. Lazım gəlsə, uyğun bildiklərimizlə görüşəcəyik.
- Sizi millinin baş məşqçisi təyin olunmağınızdan sonra da aşağı yaş qruparı üzrə komandalara milliləşdrilmiş futbolçular dəvət almaqdadırlar. Bu tendensiya nə vaxta qədər davam edəcək?
- Bütün ölkələr yaxşı futbolçulara ehtiyac duyur. Başqa ölkənin vətəndaşlarını fərqli yığmalarda görürük. Biz də öz oyunçularımzı yetişdirməyə çalışırıq. Lakin biz hələlik tam futbol ölkəsi olmamışıq. Xaricdəki futbolçularla maraqlansaq da, özümüzünküləri nəzərdən qaçırmırıq. Burdakıları da nəzərdən qaçırmırıq. Çalışırıq ki, yaxşı oyunçuları yığmalara cəlb edək.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi