Hökumət maazlarının tənzimlənməsi haqqında qərar verib

img

28-09-2010 [04:10]


Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərar verib. Müstəqil İnformasiya Agentliyi Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin "Minimum aylıq əmək- haqqının artırılması haqqında" 2010-cu il 31 avqust tarixli 1078 nömrəli, "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 6 sentyabr tarixli 1084 nömrəli, "Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 13 sentyabr tarixli 1092 nömrəli, "Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 17 sentyabr tarixli 1097 nömrəli, "Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 17 sentyabr tarixli 1098 nömrəli, "Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 21 sentyabr tarixli 1114 nömrəli, "Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 21 sentyabr tarixli 1115 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin. 2. "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 209 nömrəli qərarı (2-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarına 1 nömrəli əlavə Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin [b]Vahid Tarif Cədvəli [/b] Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla) 1 ---------------------------------- 85 2 ---------------------------------- 89 3 ---------------------------------- 93 4 ---------------------------------- 97 5 ---------------------------------- 102 6 ---------------------------------- 106 7 ---------------------------------- 110 8 ---------------------------------- 114 9 ---------------------------------- 118 10 ---------------------------------- 123 11 ---------------------------------- 128 12 ---------------------------------- 136 13 ---------------------------------- 147 14 ---------------------------------- 158 15 ---------------------------------- 171 16 ---------------------------------- 200 17 ---------------------------------- 275 18 ---------------------------------- 347 19 ---------------------------------- 585 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarına 2 nömrəli əlavə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin [b]Vahid Tarif Cədvəli [/b] Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla) 1 -------------------------------- 100 2 -------------------------------- 104 3 -------------------------------- 108 4 ------------------------------ 112 5 ------------------------------- 117 6 ------------------------------ 122 7 ------------------------------ 127 8 ------------------------------- 132 9 ------------------------------- 137 10 ------------------------------- 145 11 -------------------------------- 155 12 -------------------------------- 163 13 -------------------------------- 172 14 -------------------------------- 185 15 -------------------------------- 205 16 -------------------------------- 235 17 -------------------------------- 325 18 -------------------------------- 406 19 -------------------------------- 650

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA