Rusiya diplomatları və onların ailə üzvləri Londonu tərk edir

img

20-03-2018 [15:45]


Böyük Britaniyadan geri çağırılan Rusiya diplomatları və onların ailə üzvləri Londonu tərk edir. 

"RİA Novosti" xəbər verir ki, ondan çox avtomobil və mikroavtobus səfirlikdən hava limanına yola düşüb. 

Səfir Aleksandr Yakovenkonun hava limanına gələrək diplomatlarla şəxsən sağollaşacağı bildirilir.

Qeyd edək ki, rəsmi London, ümumilikdə, Rusiya səfirliyinin 23 əməkdaşını geri göndərib. Britaniya hakimiyyəti bu addımı Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində Rusiyanın əlaqəsinin olmasında şübhələnir. Bu baxımdan, Birləşmiş Krallıq Rusiya ilə əlaqələrini qismən kəsib. Londonu isə  ümumilikdə, 80-ə yaxın səfirlik əməkdaşı və onların ailə üzvləri tərk edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA