19-03-2018 [12:06]
Türkiyə və Rusiyada həkimlik fəaliyyəti ilə məşğul olan professor Oktay Rəhimli Bakıda ev almaq istəyərkən dələduzluğa məruz qaldığını iddia edib.
"Qafqazinfo”ya müraciət edən O.Rəhimli bildirib ki, 2013-cü ildə "Sahil-D” şirkətinin "Ramstore” yaxınlığında yerləşən binasından mənzil almaq üçün Ramin Nurəliyev adlı şəxsə 159 min 800 dollar ödəyib. Lakin 4 il keçsə də, mənzil ona təhvil verilməyib və araşdırma zamanı məlum olub ki, bu mənzil bir neçə şəxsə satılıb. Buna görə də problemli mənzil kimi məhkəmə predmetinə çevrilib.
O.Rəhimli mənzil aldığı R.Nurəliyevin Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirovun bacısı oğlu olduğunu bildirib və əlavə edib ki, general bacısı oğlunu himayə etdiyi üçün məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərin heç bir nəticəsi olmur.
Həkim deyib ki, bu işdən general A.Daşdəmirovun da əvvəldən məlumatı olub:
"Ötən ilin ortalarında Arzu Daşdəmirov mənimlə əlaqə saxladı və qohumunun pulu ödəyəcəyini bildirdi. Biz noyabr ayında şikayət edəndən sonra isə general mənim vəkilimlə görüşüb və yenə də məsələnin həll olunacağını deyib. Amma heç bir nəticə yoxdur”.
Şikayətçi professorun vəkili İradə Cavadova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı ötən ilin noyabr ayında Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edilsə də, heç bir istintaq hərəkəti aparılmayıb: "Martın 16-da Baş Prokurorluqdan bildirdilər ki, mənim ərizəm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindədir və orada cinayət işi başlanılıb. Lakin bu cinayət işi həmin binanın tikintisini həyata keçirən şirkətlə bağlıdır. Bizim şikayətimiz isə, şirkətə aid deyil, pulu alıb mənimsəyən məhz Ramin Nurəliyevlə bağlıdır”.
İrəli sürülən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi