Səfər Əbiyev BQXK rəsmisi ilə əsirlərin qaytarılmasını müzakirə edib

img

28-09-2010 [02:07]


Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri xanım Paskal Mec Vaqneri qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüş zamanı nazir Səfər Əbiyev BQXK ilə əlaqələrin genişləndirilməsinə diqqət çəkib. Səfər Əbiyev bildirib ki, bu beynəlxalq qurumun indiki zamanda fəaliyyətini daha da gücləndirməsinə və öz missiyasına uyğun olaraq müharibə qurbanlarının vəziyyətilə daha yaxından məşğul olmasına böyük ehtiyac yaranıb. Görüş zamanı nazir Səfər Əbiyevlə xanım Paskal Mec Vaqner arasında əsirlərin qaytarılması məsələsi də müzakirə olunub. Səfər Əbiyev iki Azərbaycan hərbçisinin meyitinin geri alınması üzərində xüsusilə dayanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA