British Council Azərbaycan ofisinin rəhbəri ADU-da oldu

img

28-09-2010 [01:35]


Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın MİA-ya verdiyi məlumata görə, sentyabrin 28-də British Councilin Azərbaycandakı ofisinin direktoru Paul Klementson və Proqramlar üzrə direktoru Nigar Baimova Azərbaycan Dillər Universitetində (ADU) oldu. Göruşdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Təlimdə innovasyalar və Əlavə təhsil kafedrasının müdiri Əmralı Şirəliyev, İngilis dilinin metodikası kafedrasının müdiri Gülnar Hüseynzadə və İnformasiya Resurs Kompleksinin (İRK) direktoru Şəhla Xudiyeva iştirak edirdi. Tədbirdə British Council ilə əməkdaşlıqdan , universitetlərarası əlaqələrin qurulmasından danışılıdı. ADU-nun Tərdris işləri üzrə prorektoru, professor Natiq Yusifov və Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ingilis dilinin keyfiyyətinin artırılmasında British Council ilə əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu bildirdilər. İngilis dilinin metodikası kafedrasının müdiri Gülnar Hüseynzadə isə dedi ki, British Council ilə əməkdaşlıq zəruridir: ? Biz tələbələrə ingilis dilini mükəmməl şəkildə öyrətmək istəyirik . Buna görə də British Councilin bizə bu işdə köməklik göstərməsini istərdik?. Görüş zamanı müzakirə edilən məsələlərdən biri də kitabxana profilinin daha da genişləndirilməsi oldu. Bundan başqa British Councilin direktoru Paul Klementson bir çox layihələrin keçirilməsinin məqsədəuyğun olduğunu bildirdi. Tədbirin sonunda tədbir iştirakçıları ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış oldular. İRK-nın direktoru Şəhla Xudiyeva qonaqlara kompleks və orda olan mərkəzlər haqqında məlumat verdi. Şəhla Xudiyeva kompleksdə olan tədbirlər barəsində danışdı və tədbirlərdə British Councilin nümayəndə heyətinin də iştirakından məmnun olacaqlarını bildirdi. Xatırladaq ki, ötən ilin oktyabrın 23-də Azərbaycan Dillər Universiteti (ADU) ilə British Council arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdı . Müqaviləyə əsasən ,British Council kitab fondunu ADU-ya hədiyyə etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA