Azərbaycan nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya ittifaqının konfransında iztirak edəcək

img

28-09-2010 [11:25]


Oktyabrın 4-də Meksikada Beynəlxalq Telekommunikasiya İttifaqına üzv ölkələrin rabitə və informasiya texnologiyalarına dair konfransı keçiriləcək. Tədbirdə rabitə bazarında çoxşəbəkəli xidmətin vəziyyəti, internet və informasiya resurslarının yaradalmasında yeniliklər, kibercinayətkarlığa qarşı mübarizə və digər məsələlər müzakirə olunacaq. Konfransda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək. Tədbirdə 192 ölkədən 700-dən artıq rabitə şirkətinin nümayəndələrinin iştirak nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA