"Böyük Britaniya və Azərbaycan güclü, məhsuldar əlaqələrə malikdir" - Tereza Mey

img

15-03-2018 [12:02]


Bu gün "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciəti oxunub.

APA-nın məlumatına görə, Böyük Britaniya baş naziri müraciətində Azərbaycanı 6-cı dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etdiyi üçün təbrik edib.

T. Mey qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dialoqun qurulması və fikir mübadiləsinin aparılması üçün yaxşı platformadır: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Böyük Britaniya və Azərbaycan güclü, məhsuldar əlaqələrə malikdir. Biz ilk diplomatik əlaqələri 1992-ci ildə qurmuşuq. Biz xüsusən enerji sahəsində geniş əməkdaşlıq edirik. Böyük Britaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcək. İnanıram ki, bu Forumda müzakirələr dünyada  İnklüziv cəmiyyətlərin yaradılmasına töhfə verəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA