15-03-2018 [10:40]
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlər martın 17-dək davam edəcək. Azərbaycan ordusunun genişmiqyaslı təlimləri Ermənistanda təşvişə səbəb olub. Təlimlər başlayanda Ermənistanın ekspert çevrələri və mətbuatında həyəcan dolu açıqlamalar verilir. Rrusiyalı ekspert Aleksandr Perenceyev Ermənistanın 1in.am analitik portalına deyib ki, Azərbaycanın təlimləri rəsmi Bakının hərbi-siyasi hədəfləri ilə bağlıdır.
Onun sözlərinə görə, hərbi təlimlərin hədəfi tamamilə aydındır – heç olmasa işğal altında olan 7 rayonu geri qaytarmaq qarşıya məqsəd qoyulub.
"Həmin rayonlar ki, Dağlıq Qarabağa daxil deyillər. Aydındır ki, danışıqlar heç bir nəticə vermir. Ermənistan danışıqların gedişatında heç bir güzəştə getmir. Erməni tərəfi deyir ki, onlar 7 rayonu qaytarmağa hazırdırlar, amma Dağlıq Qarabağa toxunmayın. Bu variant isə Azərbaycanı qane etmir. Azərbaycan təkcə 7 rayonu qaytarmaq istəmir, həm də Dağlıq Qarabağ ərazisini azad etmək istəyir. Onu da nəzərə alaq ki, bu konflikt diplomatik yolla həll oluna bilmir. Bu mənada Azərbaycan hərbi təlimlərin gedişatında torpaqları geri qaytarmaq ssenarisini həyata keçirmək istəyir.7 rayon olmasa belə, ən azından 5 rayonu geri qaytarmaq istəyir” - deyə poitoloq bildirib.
Perenceyev hərbi təlimlərdən sonra Azərbaycan ordusunun hücum edəcəyi ilə bağlı sualı da cavablandırıb.
O qeyd edib ki, hücum qəfildən, gözlənilmədən olur. "Heç kəs bilmir ki, hücum məhz nə zaman olacaq. Məndə bu haqda məxfi informasiya yoxdur.
Erməni ekspert Vaqram Atanesyan isə bildirib ki, Azərbaycanın təlimləri Kəlbəcərin itirilməsinin (əslində işğalının-red) 25-ci ildönümü ilə bağlıdır. Onun fikrincə, buna görə Azərbaycan güc nümayiş etdirir.
"Azərbaycan bu gücü göstərərək hansısa hərbi-siyasi rolu təqib edir və faktiki olaraq niyyətlərini gizlətmir. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında aydın mesaj verilib ki, təlimlərn hədəfi əks-hücum və yeni mövqelərin alınması cəhdidir”/modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi