ABŞ-la Türkiyə Menbiçlə bağlı razılaşdı, YPG bölgədən geri çəkilir - Çavuşoğlu Moskvadan mesaj verdi

img

13-03-2018 [13:15]


"YPG Menbiçdən çıxan kimi ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək”.

Bunu Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, martın 19-da Suriya məsələsi ilə bağlı "Yol xəritəsi" müəyyənləşdiriləcək: "YPG  Menbiçdən çıxandan sonra ABŞ və Türkiyə hərbçiləri bölgədə təhlükəsizliyi birlikdə təmin edəcək. ABŞ-ın YPG-yə verdiyi silahların hamısını geri ala bilməyəcəyimizi bilirik. Onların bəziləri köhnəlib, bəziləri itib. Ancaq ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl demişdi ki, həmin silahları terrorçulardan geri alacaqlar. ABŞ-Türkiyə işçi qrupunda verilən bu vədə necə əməl olunduğunu görəcəyik”.

Qeyd edək ki, martın 19-da Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşəcək. Həmin görüşdə Suriya məsələsi müzakirə ediləcək/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA