Ölkə ərazısində havanın temperaturu bir qədər yüksələcək

img

27-09-2010 [11:45]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 23-25?, axşam 18-20? olacaq. Sentyabrın 28-də dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-18?, gündüz 25-27? təşkil edəcək. Sentyabrın 29-da havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-18?, gündüz 26-28? olacaq. Sentyabrın 30-da hava yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 17-19?, gündüz 26-30? təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 28-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı hava müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19?, gündüz 24-28?, dağlarda gecə 7-11?, gündüz 15-20? təşkil edəcək. Sentyabrın 29-30-da səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20?, gündüz 26-30?, dağlarda gecə 11-14?, gündüz 20-25? olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA