Fırtınaya düşən balıqçılar xilas edildi - Fotolar

img

13-03-2018 [10:46]


Bu il martın 12-də Astara reydində fırtınalı hava şə­raiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən "ŞA-274” bort nömrəli, "Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyə­ti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Kələdəhnə” sahil nəza­rə­ti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.

Mia.az xəbər verir ki, DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xid­mət­də olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üz­mə vasitəsinin koordinatları ötürülüb.

Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xi­las­et­mə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq sə­bəbidən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb.

Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edil­miş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov Sü­leyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA