Yunanıstanlı gənclər "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətində olub, ölkəmizlə maraqlanıblar - FOTO

img

11-03-2018 [23:03]


"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərində daha bir tədbir keçirib.

Bu barədə cəmiyyətdən Mia.az-a verilən məlumata görə, Saloniki şəhərində yaşayan gənclər "Qala"nın ofisini ziyarət eiblər.

Ziyarətdə Baş katibı Məmmədli Salatin və Cəmiyyətin üzvləri Azərbaycan, onun tarixi, mədəniyyəti və ənənələri haqda Saloniki şəhərində yaşayan gənclərə müfəssəl məlumat veriblər.

Daha sonra "Qala"da mərasim təşkil edilib. Mərasim çox maraqlı keçib, bilik oyunları baş tutub, Azərbaycan musiqiləri səsləndirilib, gənclər rəqslər ediblər.

Onlar Azərbaycan çayını içib, milli şirniyyatını dadıblar, həmçinin Azərbaycanın milli rəqslərini oynayıblar.

Tədbirdə yunanlı gəncləri Azərbaycana səyahət etmək istədiklərini, eşitdikləri və öyrəndikləriniyaxindan görmək istədiklərini də bildiriblər.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA