Qəzaya uğrayan türk təyyarəsində milyarderin qızı da həlak olub: "Bal ayından qayıdırmış..."

img

11-03-2018 [21:29]


Xəbər verdiyimiz kimi, Türkiyənin "Başaran Holding"ə məxsus olan 12 nəfərlik xüsusi təyyarəsi İran ərazisində dağa çırpılıb. Nəticədə içindəki 11 nəfər (8 sərnişin, 2 ekipaj, 1 personal" həlak olublar.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, qəzada ölən 8 sərnişinlərin arasında "Başaran" şirkətinin sahibinin qızı da var: 

"Hüseyn Başaranın istirahət üçün Dubaya xüsusi təyyərə ilə gedən qızı orada yeni evliliyini (bal ayını) qeyd edib. 7 nəfər rəfiqəsi ilə birlikdə atasının şirkətinə məxsus olan özəl təyyarə ilə İstanbula geri dönən Mina Başaran və rəfiqələri belə faciə ilə həyatlarını itirib".

Məlumata görə, qida, turizm, yaxtaçılıq, inşaat və enerji sahələri üzrə biznesi olan Hüseyn Başaranın qızı Mina Başaran Koç Üniversitetini bitirib. O, həmçinin "European Business School"da yüksək idarətemə üzrə magistr təhsili də alıbmış...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA