Yunan prezidenti "Atalarımızın etdiyini təkrar edərək" deyib Türkiyəni təhdid etdi, Ərdoğandan tarixi dərs aldı

img

11-03-2018 [19:52]


Türkiyə prezidenti yunan həmkarına çox sərt xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, bu gün partiyasının Sakaryada keçirilən toplantısında Ərdoğan Yunanıstan prezdenti Prokopis Pavlopulosun bir neçə gün əvvəl "Türkiyə bizi məcbur edərsə, atalarımızın etdiyini edərik" səsləndirdiyi bəyanatına tarixi cavab qaytarıb. 

O,  yunan liderinin Türkiyəni hücumla təhdid etməsini xatırladıb, qarşı tərəfi yaxın tarixdə başlarına gələnləri unutmamağa çağırıb.

Ərdoğan Türkiyənin hazırda milli mübarizə apardığını bildirırərk, yunan həmkarına aşağılayıcı mesaj göndərib:  "Yaddaş təzələmək istəyənlər getsin yaxın tarixi oxusunlar. Boylarından böyük söz danışanlar nağıl yerinə, əvvəlcə tarixi yaxşı öyrənsinlər. Sakarya Meydan Muharibəsində salamura (bizim dilimizdə "şoraba", "turşu" mənasındadır - Mia.az) olmaqan necə qurtardıqlarını, dənizə tökülərək, buranı necə tərk etmələrini unutmasınlar".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA