Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni sədr seçdi - Konfrans

img

10-03-2018 [22:27]


Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransı keçirilib.

Konfransda qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, yeni İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası və sədr seçilib.

Qurumdan verilən məlumata görə konfransın sonunda cəmiyyətin sertifikatlaşma üzrə kurslarının yekununda imtahanlarını uğurla vermiş şəxslərə sertifikat təqdim edilib. 

"AQC tərəfindən ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətlərini birləşdirən və əlaqələndirən yeni təsisat-Qiymətləndiricilər Şurası yaradılacaq”-deyən "Koneko Group” MMC-nin direktoru, AQC İdarə Heyətinin üzvü Vüqar Oruc konfransdan sonra cəmiyyətin fəaliyyətinin genişləndiriləcəyini bildirib. 

Yeni seçilmiş sədr Nüsrət İbrahimovun və yeni idarə heyətinin daha səmərəli fəaliyyət göstərəcəyinə inamını ifadə edən Vüqar Oruc tez bir zamanda AQC-nin qiymətləndirmə bazarında həlledici mövqeyə sahib olacağı üçün rəhbərliyin əzmkarlıqla çalışacağına əminliyini ifadə edib.

Onu da vurğulamaq lazımdır ki, AQC bu yaxınlarda nüfuzlu beynəlxalq qurumun-Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin assosiativ üzvülüyünə qəbul edilib/Tia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA