Daha 3 nəfər Prezidentliyə rəsmən namizəd oldu - MSK-da iclas

img

10-03-2018 [17:25]


Bu gün Mərkəzi Seçki Komissiyası (MSK)  Azərbaycan prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyevin və prezidentliyə namizədliyi "AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Mia.az xəbər verir ki, müzakirələrdən sonra hər üç adıçəkilən şəxsin namizədlikləri qeydə alınıb.

Bununla da prezidentliyə qeydə alınmış namizədlərin sayı 7-yə çatıb.

Onlar prezident İlham Əliyev, Zahid Oruc, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fərəc Quliyev,  Hafız Hacıyev və Razi Nurullayevdir. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA