AXCP Müsavat Partiyası ilə birləzmək haqqında qərar qəbul edib

img

25-09-2010 [04:28]


[b]Əli Kərimli yenidən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilib[/b] Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) V (VIII) qurultayında Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul edilib. ?Təbriz? kinoteatrında keçirilən tədbirdə AXCP sədri Əli Kərimlinin təklifi ilə qurultayın gündəliyinə Müsavat Partiyası ilə birləşmə məsələsi də salınıb. Məsələ səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub. Qərara əsasən, AXCP-nin Müsavat Partiyası ilə birləşmə qurultayında iştirak səlahiyyəti partiyanın V (VIII) qurultayının nümayəndələrinə verilib. Qurultayda Əli Kərimli yenidən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri seçilib. Belə ki, Ə.Kərimliyə alternativ namizəd irəli sürülmədiyindən, onun namizədliyi açıq səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub. Bundan əlavə, qurultayda Ali Məclisin yeni tərkibi təsdiqlənib və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçki keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA