MSK-da qeydiyyatdan keçən müzahidəçilərin sayı 460-a çatıb

img

25-09-2010 [03:54]


Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xdimətindən MİA-ya daxil olan məlumata görə, bu günə qədər MSK-ya 460 nəfər müraciət edərək, bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirib. Bütün müraciətlərə müsbət cavab verilib. Mərkəzi Seçki Komissiyasında qeydə alınmış müşahidəçilərdən 29-u xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 338-i öz təşəbbüsü, 39-u siyasi partiyalar, 14-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik missiyasını həyata keçirəcəklər. Ombudsman Aparatından isə 40 nəfərin müşahidəçiliyi qeydə alınıb. Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək. Hər hansı bir seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin Dairə Seçki Komissiyasına müraciət edə bilərlər. Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu il noyabrın 7-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA