09-03-2018 [14:48]
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov maraqlı müsahibə verib.
Mia.az apasport.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Qış fasiləsindən sonrakı dövrü hakimlərimiz üçün necə dəyərləndirərdiniz? Premyer Liqanın geridə qalan 4 turundakı idarəçilik ürəyinizcədi?
- Yadınızdadısa, keçən il qış toplanışından sonra 2-3 turda kobud səhvlər qeydə alınmışdı. Bunu hakimlərin yüklənməsinin ağır olması ilə əlaqələndirdik. Düşündük ki, fiziki yüklənmə çox olmuşdu. Təbii ki, budəfəki toplanış zamanı bunu nəzərə aldıq. Əslində, fiziki yüklənmə proqramında bir dəyişiklik yox idi. Sadəcə, bu dəfə çempionatda ikinci yarının başlamasına bir həftə qalmış vətənə qayıtdıq ki, bu müddətdə uşaqlar bərpa olunsunlar, özlərinə gəlsinlər. Bunun nəticəsidi ki, qış fasiləsindən sonrakı mərhələdə hakimlərimiz kobud səhvlərə yol vermirlər. Əlbəttə ki, səhv var, olacaq da. Ancaq oyunların nəticəsinə təsir edən səviyyədə deyil.
- Klublar da son vaxtlar hakimlərdən ciddi narazılıq etmirlər...
- Gördüyünüz kimi, hələlik bir şikayət yoxdu. Deməli, hakimlərimizin idarəçiliyindən razıdılar.
- Ayrı-ayrılıqda götürsək, kimin idarəçiliyi sizi daha çox məmnun edir?
- Əslində, hamısından razıyıq. Amma bir neçə hakim ötən mövsümdən yaxşı mənada bizi təəccübləndirir. Rauf Cabbarov, İnqilab Məmmədov və Ömər Paşayevdə inkişaf sürətlə gedir. Əliyar Ağayev və Rəhim Həsənov da yaxşı formadadılar.
- İnqilab Məmmədov bu mövsüm bəzi mərkəzi oyunlara təyinat alır. Deyəsən, ona daha çox güvənirsiniz...
- Dediyiniz məqam hakimlərimizin inkişaf etdiyinin təsdiqidi. Bütün ölkələrdə derbilərə 3-4 hakim təyinat alır, yalnız onlara etibar edirlər. Amma biz çalışdıq elə sistem yaradaq ki, mərkəzi oyunları təkcə Əliyar, Rəhim, Ömər və Fariz idarə etməsinlər. Rəqabət yaratmağa çalışdıq ki, istənilən oyunu istənilən hakimə tapşıra bilək. Bu üzdən mərkəzi oyunları İnqilaba, Raufa həvalə edirik. Onlar da bunun öhdəsindən yüksək səviyyədə gəlirlər.
- Premyer Liqada yaxın müddətdə yeni hakimlər görə biləcəyikmi?
- Qarşıdakı turlarda iki gənc hakim Premyer Liqada debüt edəcək. Bunlar Rəşad Əhmədov və Vüqar Həsənlidi. Yəqin ki, bir neçə turdan sonra onlara şans verəcəyik. Rəşad və Vüqar təlim-məşq toplanışını yüksək səviyyədə keçirdilər. Onlardan başqa daha 2-3 nəfəri gələn mövsümə hazırlayacağıq.
- Əliyar Ağayev ilin əvvəlində elit hakimlər üçün nəzərdə tutulan seminarda iştirak etmişdi. Onun I kateqoriyaya keçidinə ümid etmək olarmı?
- Seminar Əliyar üçün yüksək səviyyədə keçdi, heç bir problem olmadı. Ondan razılıq bildirdilər. İyul ayını gözləyirik.
- Regional Liqada hakimlərin ünvanına təhqirlər, referilərə qarşı fiziki təsir turdan-tura artır. Bunun qarşısını almaq elə çətindi?
- Bu, çox böyük turnirdi, Azərbaycanın bütün bölgələrini əhatə edir. Elə bölgələr var ki, uzun müddət orda futbol olmayıb, tamaşaçıların davranış qaydası çox pisdi. AFFA İcraiyyə Komitəsinin üzvləri, rəhbər şəxslər gedib həmin oyunlara baxırlar. Onlar da qeyd edirlər ki, hakimliklə bağlı heç bir problem yoxdu. Sadəcə olaraq, yerlərdə Sovet vaxtındakı kimi hakimə təzyiq, meydan sahibi qalib gəlməlidi düşüncəsi hələ də davam edir. Bunu aradan qaldırmaq üçün bir çox matçlara Premyer Liqa hakimlərini göndəririk. Hətta onların da hər qərarına kəskin, əcaib reaksiya göstərirlər. Bu oyunlara inspektorların təyin olunması üçün məsələ qaldıracağıq. Hakim orda bir növ köməksiz qalır. Polis də bəzən işinin öhdəsindən yaxşı gəlmir. Elə komanda var ki, polis rəisi orda oynayır. Kənarda dayanan polis də deyir ki, rəis meydanda oynayır, nə edə bilərəm? Belə hallar çoxdu.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi