Həmsədrləri birgə bəyanatla çıxız ediblər

img

25-09-2010 [02:39]


ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər. ATƏT-in rəsmi saytının yaydığı məlumata görə, bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik sentyabrın 23-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçiriblər. Həmsədrlər hər iki xarici işlər nazirini oktyabrın 4-14-də ATƏT-in qiymətləndirici missiyasının münaqişə zonasına planlaşdırılan səfərə hazırlıq işləri ilə bağlı məlumatlandırıblar. Bəyanatda qeyd olunur ki, həmsədrlər BMT-nin Cenevrə və Nyu-Yorkdakı rəsmi şəxsləri ilə əvvəldən apardığı danışıqlar əsasında BMT İnkişaf Proqramının və BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının ekspertlərini rəsmi şəkildə missiyada iştiraka dəvət ediblər. Bundan başqa vasitəçilər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini növbəti aylar üçün nəzərdə tutduqları fəaliyyət planı, o cümlədən ATƏT-in Astana sammitinə hazırlıq işləri ilə bağlı məlumatlandırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA