AMEA-nın əməkdaşları üçün tikiləcək yaşayış kompleksinin təməli qoyulub - FOTO

img

09-03-2018 [11:08]


Abşeron rayonunun Saray qəsəbəsində yerləşən "Alimlər şəhərciyi”ndə ("Science City”) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək kooperativ binanın təməlqoyma mərasimi keçirilib.

Mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, alimlər, digər rəsmi şəxslər iştirak ediblər.

A.Əlizadə çıxış edərək son illər akademiya əməkdaşlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, AMEA tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil nazirinin müavini Firudin Qurbanov çıxışlarında akademiya əməkdaşlarının sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxlanıldığını deyiblər.

Xatırladaq ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 bloklu binanın tikilməsi nəzərdə tutulur. Mənzillərin sayı isə 1928 ədəd olacaq. Binanın inşasının iki ilə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən "Science City” yaşayış kompleksin həyəti və ətrafında böyük parklar da salınacaq. 1, 2, 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır. Yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlərin də inşası nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA