Xədicə İsmayılın anası Ankarada vəfat etdi - Ədliyyə Nazirliyi jurnalistin ölkədən çıxmasına icazə verməyib

img

08-03-2018 [11:24]


"Dəyərli həmkarımız, əziz dostumuz Xədicə İsmayılın anası - gözəl insan Elmira xala bu gecə Ankarada xəstəxanada vəfat etdi". 

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Şahvələd Çobanoğlu sosial şəbəkədə yazıb.

O bildirib ki, Xədicə İsmayıl bu ağır günlərdə anasının yanında olmaq istəyib: "Xədicə xanım neçə gün öncə ölkədən çıxışına qanunsuz qadağanın heç olmasa müvəqqəti götürülməsi üçün ədliyyə qurumlarına xəstəxana sənədləri ilə birlikdə müraciət etmişdi. Amma "yox" cavabını verməyə də tələsmədilər...".

Allah rəhmət eləsin!


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA