?Azərbaycan arxeologiyasi məktəblilərin gözü ilə? növbəti seminar keçirilib

img

25-09-2010 [11:51]


Sentyabrın 24 də Milli Azərbaycan Tarixi Muzeyi ,Ağsu arxeoloji ekspedisiyası, ?Miras? Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, ?Yeni İstedadlar? Uşaq və Gənclər Təşkilatı və N.Nərimanov adına kütləvi kitabxananın birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində ?Məktəblilərin gözü ilə Azərbaycan arxeologiyası? mövzusunda növbəti seminar həyata keçirilib. Qeyd edək ki,tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında mədəniyyət ocaqlarımıza olan marağı artırmaq, onların dünyagörüşünün hərtərəfli inkişafına dəstək olmaqdır. Saat 15:00-da tədbir iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyinin sərgi zalında nümayiş etdirilən ?Ağsu möcüzəsi?adlı sərgiyə baxıb və Ağsu orta əsr şəhər yerində aparılmış qazıntılar zamanı aşkar olumuş arxeoloji materiallarla tanış olublar. Bundan sonra seminarı giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Nərgiz Əliyeva açıb. AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının sədri, ?Yeni nəfəs? qəzetinin təsisçisi Seymur Həsənli, Yazıçılar Birliyinin üzvü gənc şair Habil Yaşar seminar iştirakçılarını salamlayaraq,tədbirin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin qeyd edək ki,?Yeni istedadlar? uşaq və gənclər təşkilatının sədri Cəfər Mənsimi də tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova ?Ağsu arxeologiyası XVIII əsr Azərbaycan etnoqrafiyasının öyrənilməsinə bələdçilik edir?, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Həbibə Əliyeva ?Orta əsr Ağsu şəhərindən tapılan epiqrafik abidələr?, İrəli? İctimai Birliyi Tarix Mərkəzinin rəhbəri Aliyə Qurbanova ?Gənclərin Ağsu qazıntılarına marağı?, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Bəhmən Kərimov ?Maddi və mənəvi dəyərlərimizin qorunması və təbliği? mövzularında çıxış ediblər. Qeyd edək ki,tədbir iştirakçıları 162 saylı məktəbin müəllim və şagird kollektivi olub. Seminarın sonunda iştirakçılar arasında açıq diskussiya aparılaraq,diskussiyada fərqlənən şagirdlər mükafatlandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA