"Benzinin tərkibinə nələrsə qatılır, bəzi işbazlar deyilən həcmdən az doldururlar" - "Zapravka"lara ittiham

img

07-03-2018 [18:15]


 "Azərbaycanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə nələrsə qatılır, amma bu işlərlə SOCAR, "Azpetrol” kimi iri şirkətlər məşğul olmurlar”.

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma şikayətlər kiçik şirkətlərdən daxil olur: "Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı iri şirkətlərdən şikayət yoxdur”.

R.Həsənov ölkəyə idxal olunan benzinin keyfiyyətinin aşağı olması ilə bağlı fikirlərə də münasibət bildirib: "Ola bilməz ki, idxal benzininin keyfiyyəti aşağı olsun. Əksinə, keyfiyyət yüksək olduğu (Avro-5 standartına uyğun olduğu) üçün bəzən köhnə avtomobillər onu istifadə edə bilmirlər. Onların mühərriklərində problem ola bilər".

Bundan başqa, Komitə sədrinin sözlərinə görə, ara-sıra satılan benzinin kəmiyyəti ilə bağlı da şikayətlər edilir: "Bəzi işbazlar deyilən həcmdən az doldururlar".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA