Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi - Video

img

07-03-2018 [11:51]


Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Hər hansı təhlükəli hal yaranarsa, 112-yə zəng etmək tövsiyə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA